Azərbaycanda 2,4 milyondan çox şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Avqustun 22-nə olan məlumata görə, 3 milyon 713,143 min nəfər birinci, 2 milyon 457,233 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub
Vurulan vaksinlərin ümumi sayı 6 milyon 170.376 min təşkil edir.
2021-ci il iyunun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 135,272 min nəfərdir. Beləliklə, avqustun 22-nə əhalinin 24,2%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.**
A.Salayeva