Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini Kəlbəcər istiqamətində atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub”, - məlumatda deyilir.
Qeyd olunur ki, cavab atəşilə qarşı tərəf susdurulub.
“Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - nazirlikdən vurğulanır. **
X.Nəsirzadə