Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9918 manat/1EUR səviyyəsində (avqustun 20-nə 1,9867 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0230 manat/1RUB səviyyəsində (avqustun 20-nə 0,0229 manat/1RUB) müəyyən edib.*
N.Abbasova