Pezident İlham Əliyev Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Prezident Volodimir Zelenskini təbrik edib. Təbrik məktubu Azərbaycan Prezidentinin saytında dərc olunub.
İ.Əliyev qeyd edib ki, möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
“Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcək”, - deyə təbrikdə bildirilir.*
X.Nəsirzadə