2021-ci ilin yanvar-iyun aylarında Azərbaycana $10 milyon 996,18 min dəyərində siqaret (artım 14,1%) idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən $9 milyon 796,98 min dəyərində (artım 18,3% - İF) siqaret idxal olunub. Bütövlükdə, Azərbaycana siqaret idxalının 89%-i Ukraynanın payına düşüb.
Bundan başqa, yanvar-iyun aylarında Rusiyadan Azərbaycana $1 milyon 177,98 min dəyərində (azalma 13%) siqaret idxal edilib.
2020-ci ildə Azərbaycana $25 milyon 308,84 min dəyərində siqaret idxal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 2,8 dəfə azdır.*
B.Rüstəmbəyov