Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar NazirliyininTürkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında" Sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat vəsait ayrılır.*
E.Şəfiyev