Bakı Nəqliyyat Agentliyi (BNA) qanunsuz parklanmalara, dayanma və durma qaydalarını pozan sürücülərə qarşı mübarizənin həyata keçirilməsi məqsədilə yaradılmış Mərkəzi İnformasiya Sisteminin müəyyən edilmiş qaydada fəaliyyəti üçün Sistemə göstəriləcək texniki dəstək xidmətinin satın alınmasına 425 min manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “Mobilex” MMC ilə müvafiq müqavilə bağlanıb. Müqaviləyə əsasən, Sistemə texniki dəstək xidməti 12 ay ərzində göstəriləcək.
Müqavilənin dəyəri 425,137 min manatdır.*
B.Rüstəmbəyov