2021-ci ilin I yarısında Azərbaycana pul köçürmələrinin həcmi $498 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2020-ci ilin yanvar-iyun aylarında ölkəyə pul köçürmələrinin həcmi $372 milyon təşkil edib. Beləliklə, cari ilin I yarısında pul köçürmələrinin həcmi 33,9% artıb.
2021-ci ilin I rübündə Azərbaycana pul köçürmələrinin həcmi $213,6 milyon, II rübdə $284,4 milyon təşkil edib.
2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi təxminən $1,1 milyard təşkil edib və 2019-cu illə müqayisədə 17,1% artıb.*
R.Əhmədov