Azərbaycanda koronavirus infeksiyasına 2 min 945 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 394,451 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 3 min 69 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər (ötən gün 29 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 340 nəfərə çatıb.
Virusa yoluxmuş 346,81 min nəfər (sutka ərzində +1 min 27) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 42 min 301 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 79 (ötən gün 14 min 976 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 329,920 min test aparılıb.*
N.Abbasova