Azərbaycan Beynəlxalq Valyuta Fondundan (BVF) xüsusi borcalma hüquqları (SDR) şəklində $531 milyon alıb. Bu məbləğ fondun vəsaitlərinin anti-böhran bölgüsü çərçivəsində ayrılıb.
Avqustun 23-də BVF tarixində ən böyük maliyyə bölgüsü qüvvəyə minib. Fondun üzv ölkələrinin alacağı vəsaitlərin ümumi məbləği 456 milyard SDR ($650 milyard) təşkil edir. Müvafiq qərar BVF-nin İdarə Şurası tərəfindən avqustun əvvəlində təsdiqlənib.
Ayrılan vəsait ölkələrin pandemiyadan sonra bərpasına, beynəlxalq ehtiyatların likvidliyinin artmasına kömək etməlidir.
Azərbaycan BVF-dəki kvotasına uyğun olaraq $531 milyon alıb və bu vəsaiti öz ehtiyatlarının artırılmasına yönəldə bilər.*
A.Əzizov