Şamaxı Rayon İcra Hakimiyyəti abadlıq işlərinin aparılması üçün 3 şirkət cəlb edib və həmin şirkətlərlə 1 milyon 533,363 min manat ümumi məbləğində müqavilələr imzalayıb.
“İnterfaks-Azərbaycan” www.tender.gov.az saytına istinadən məlumat verir ki, birinci müqavilə Şamaxı şəhər küçələrinin asfaltlaşdırılması işlərinin həyata keçirilməsi məqsədilə MEQAPLUS Firması ilə imzalanıb. Müqavilənin dəyəri – 573,979 min manatdır.
"EL-SEYM İNŞAAT" MMC ilə imzalanan ikinci müqavilənin predmeti Şamaxı şəhər küçələrinin abadlaşdırılması işinin aparılmasıdır. Müqavilənin dəyəri – 464,474 min manatdır.
"UĞUR TİKİNTİ" MMC ilə imzalanmış üçüncü müqavilə Şamaxı şəhəri ərazisində yol qovşağında yerləşən mövcud dairənin və dairə ətrafı avtomobil yollarının təmiri işlərini nəzərdə tutur. Müqavilənin dəyəri – 494,910 min manatdır. **
X.Nəsirzadə