Ermənistan Azərbaycanla regional kommunikasiyaları bərpa etməyə hazırdır, lakin Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizi açmaq üçün öz ərazisindən istifadəyə imkan verməyəcək. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
“Üçtərəfli işçi qrupunun fəaliyyəti çərşivəsində Ermənistanın bkoladasını aradan qaldırmaq üçün ciddi imkanlarımız var. Bu, kifayət qədər mürəkkəb prosesdir və Bakının hansısa dəhlizlərlə əlaqədar təxribatçı bəyanatları ilə daha da çətinləşir. Bir daha təkrar edirəm ki, 2020-ci il 9 noyabr və 2020-ci il 11 yanvar tarixli bəyanatlarda Ermənistan ərazisindən keçməklə dəhliz barədə söz yoxdur”, - baş nazir çərşənbə axşamı Ermənistan Milli Məclisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, “necə ki Ermənistan Azərbaycan ərazisindən kerçməklə RF və İrana yol əldə etməlidir, eləcə də Azərbaycan Ermənistan ərazisindən keçməklə öz regionu ilə kommunikasiyalar əldə etməlidir”. **