Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatıİstehsalat Birliyi mənzil fondunun əsaslı təmir işlərinin həyata keçirilməsi məqsədilə “Dayaq İnşaat” MMC-ni cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, şirkət ilə 984,568 min manat məbləğində müvafiq müqavilə imzalanıb.
Xəbər verildiyi kimi, Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatıİstehsalat Birliyi 2020-ci il 8 dekabr tarixində mənzil fondunun əsaslı təmir işlərinin həyata keçirilməsi üçün “OASA” MMC-ni cəlb edib. Şirkətlə 984,995 min manat məbləğində müqavilə imzalanıb. **
X.Nəsirzadə