Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev və Belçikanın yeni səfiri Mişel Pitermans ticarət dövriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasının vacibliyini müzakirə ediblər.
Dövlət başçısının saytının məlumatına görə,belçikalı diplomat etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdi.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərləri və bu səfərlər zamanı Belçikalıların Kralı Əlahəzrət Filiplə görüşləri xatırlanaraq, bu görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair çox səmərəli müzakirələrin aparıldığı bildirildi.
“Tərəflər Azərbaycan ilə Belçika Krallığı arasında əlaqələrin genişləndirilməsinin önəminə toxunularaq, əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasının vacibliyi qeyd ediblər”, - məlumatda deyilir. **
E.Şəfiyev