Ermənistan silahlı qüvvələri çərşənbə axşamı Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verir. “Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-dan Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub”, - məlumatda qeyd olunur.
Nazirliyin məlumatına əssaən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - MN-dən vurğulanır. **
X.Nəsirzadə