ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinə (ANAMA) 10 minaxtaran it verilib.
“ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin təhvil verilməsi planlaşdırılır. Həmin itlər Qarabağda Azərbaycanın azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə cəlb olunacaq”, - ANAMA-dan məlumat verilir.
Xüsusi təlim keçmiş ilk 10 it avqsutun 23-də Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq ANAMA-ya çatdırılıb.
“Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasiminın avqustun 26-da Bakıda keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır”, - məlumatda deyilir.
ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. **
E.Şəfiyev