1 iyul 2021-ci il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 1 milyard 891 milyon 18,854 min manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
Birinci yarımilliyin sonuna İKZF-nin kredit portfeli 1 milyard 269 milyon 15,426 min manat (artım 11,5% - İF-Az), banklarda yerləşdirilən depozitlərin həcmi 50 milyon 963,442 min manat (artım 19,8%) təşkil edib, qalan məbləğ digər aktivlərin payına düşüb.
30 iyun 2021-ci il tarixinə fondun öhdəlikləri 1 milyard 27 milyon 15,208 min manat (artım 6,9%), o cümlədən emissiya edilən qiymətli kağızlar 947 milyon 149,558 min manat (artım 0,9%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna İKZF-nin məcmu kapitalı 864 milyon 3.646 min manata (artım 5,4%), nizamnamə kapitalı 762,5 milyon manata (artım 19,7%), kapital ehtiyatı 93 milyon 62,326 min manata bərabərdir (artım 8,4%).
Birinci yarımillik ərzində fondun əməliyyat gəliri 12 milyon 978,457 min xalis mənfəəti - 8 milyon 441,32 min manat təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.**
X.Nəsirzadə