Azərbaycanda koronavirus infeksiyasına 3 min 583 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 398,034 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 945 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər (ötən gün 32 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 370 nəfərə çatıb.
Virusa yoluxmuş 348,454 min nəfər (sutka ərzində +1 min 644) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 44 min 210 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 508 (ötən gün 10 min 79 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 344,428 min test aparılıb.**
B.Rüstəmbəyov