1 avqust 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,824 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Avqustun 1-nə Bakıda 1,497 min ədəd (artım 4,8%), bölgələrdə 1,327 min ədəd (artım 3,2%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 59,995 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 5% çoxdur.
Bununla yanaşı, Bakıda 40,252 min ədəd (artım 7%), regionlarda 19,743 min ədəd (artım 1,3%) pos-terminal quraşdırılıb.
AMB-nin məlumatına görə, iyul ayında quraşdırılmış pos-terminalların sayı 155 ədəd azalıb. Bununla yanaşı, əgər iyul ayı ərzində Bakıda quraşdırılmış pos-terminalların sayı 425 ədəd artmışdısa, regionlarda 580 ədəd azalıb.
Pərakəndə ticarət obyektlərində 58,265 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,1%-i quraşdırılıb.*
B.Rüstəmbəyov