2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda geniş mənada pul kütləsi (M3, nağd pullar, təcili əmanətlər, tələb olunanadək əmanətlər və depozitlər) 8% - 31 milyard 507,3 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Pul kütləsinin həcmi ilk dəfə 31 milyard manatı ötüb və bu, yeni rekord göstəricidir.
İyulda pul kütləsi 4% artıb.
2021-ci il iyulun 31-nə pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 11 milyard 49,6 milyon manat təşkil edib. İlin əvvəlindən 2,56%, iyulda 2,9% artım qeydə alınıb.
Avqust ayının əvvəlinə M1 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər və depozitlər) 18 milyard 791,4 milyon manat təşkil edib. İyul ayında 1,34%, yanvar-iyul aylarında 5,19% artım qeydə alınıb.
2021-ci il iyulun 31-nə M2 pul aqreqatı (nağd pullar, tələb olunanadək əmanətlər, manatla təcili əmanətlər və depozitlər) 21 milyard 840,9 milyon manat təşkil edir, iyul ayında 1,68%, 7 ay ərzində 7,56% artım olub.
İyunun sonuna xarici valyutada depozitlər 9 milyard 666,4 milyon manat təşkil edib, yanvar-iyul aylarında 8,85%, iyulda 9,68% artım qeydə alınıb. Geniş pul kütləsi strukturunda xarici valyutada depozitlərin payı cari ilin iyun ayının sonuna olan 29,1%-ə qarşı 31 iyul 2021-ci il tarixinə 30,68% təşkil edir.*
A.Əzizov