Azərbaycanda “ICESCO akseleratoru” layihəsinə başlanılır.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, ICESCO və “NewSpace Open Innovation” ICESCO-nun üzvü olan ölkələrdə akselerator proqramları vasitəsilə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrini inkişaf etdirməyi planlaşdırır”, - deyə https://the-steppe.com saytında məlumat verilir.
Layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanda baş tutacaq və 5 sənaye sahəsini əhatə edəcək. Bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir.
Böyük fnal Mərakeşdə baş tutacaq. Hər ölkədən finala çıxan komandalar investor və sahibkarlar qarşısında startap ideyalarını təqdim edərək mükafat uğrunda mübarizə aparacaqlar.
Proqrama 15-ə yaxın startap seçiləcək. Ərizələr 10 sentyabr tarixinədək qəbul olunur.*
E.Şəfiyev