Prezident İlham Əliyev “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə həyata keçiriləcək.
Bu şəxslərin mənzillə təmin edilməsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verdiyi və ya nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.*
E.Şəfiyev