“Azərsu” ASC modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün su maşınlarının tədarükçüsünü müəyyən edib.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “Marketinq və servis müəssisəsi” MMC ilə 2 milyon 73,96 min manatlıq müqavilə bağlanıb.
Sözügedən işlər Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın təsdiqlənməsi haqqında Sərəncamı çərçivəsində dövlət büdcəsindən maliyyələşdirilir.*
B.Rüstəmbəyov