Təhsil Nazirliyi 2021-ci ilin sonuna kimi ümumilikdə 38 məktəb istismara verəcək. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“2021-2022-ci tədris ilinə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil veriləcək. Əlavə olaraq 15 modul tipli məktəb quraşdırılacaq”, - deyə məlumatda bildirilir.
2021-ci ilin sonuna ümumilikdə 38 məktəb, o cümlədən 1 peşə məktəbi və 31 modul tipli məktəb istismara veriləcək.*
E.Şəfiyev