Müdafiə Nazirliyi “Dəniz kuboku” müsabiqəsində Azərbaycan komandasının iştirakı barədə məlumat verir.
"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilər “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” mərhələsinin "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetirib”, - məlumatda qeyd olunur.
Müsabiqənin ilk epizodunun yerinə yetirilməsi üzrə beynəlxalq hakimlər kollegiyasının qərarı ilə Azərbaycan komandası 32 balla ikinci yerə layiq görülüb. Heyətlər bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdirib.
İran və Qazaxıstan komandaları 38 balla birinci, Rusiya komandası isə 28 balla üçüncü yerdə qərarlaşıb. **
X.Nəsirzadə