Azərbaycan prezidenti İlham Əliyevin Belqrada səfəri iki ölkə arasında əməkdaşlığa yeni ölçü verəcək. u barədə Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycanın bu ölkələdi yeni səfiri Kamil Xasıyevin etimadnaməsinin qəbul edərkən bildirib.
Serbiya dövlətinin başçısı qeyd edib ki, ölksəi Azərbaycanla strateji tərəfdaşlığq xüsusi önəm verir. Bu barədə Serbiya prezidentinin saytında məlumat verilir.
“Gələcək dövrdə biz iqtisadi və istənilən digər əməkdaşlığın möhkəmlənməsi üçün birlikdə işləməliyik”, - Vuçiç vurğulayıb.
Serbiya lideri bəyan edib ki, Azərbaycan və Serbiya beynəlxalq hüququn hörmətinə tam sadiqdirlər. “Serbiyanın ərazi bütövlüyü və suverenliyinə hörmətə görə Azərbaycana minnətdarlığımı bildirirəm”, - Vuçiç deyib.
Öz növbəsində, səfir Xasıyev bəyan edib ki, prezident Əliyevin Serbiyaya səfəri zamanı imzalanacaq sazişlər əməkdaşlıq üçün daha geniş imkanlar açacaq.
Xəbər verildiyi kimi, prezident Əliyevin 2021-ci il oktyabr ayının birinci yarısında Serbiyaya rəsmi səfəri planlaşdırılır. **
E.Şəfiyev