Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, hərbi qulluqçusu əsgər Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilib.
MN-də ehtimal olunur ki, Babayev Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziyə keçib. **
X.Nəsirzadə