2021-ci ilin sonunadək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri üç beynəlxalq sərgidə iştirakn edəcək və “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a AZPROMO-dan məlumat verilib.
Xüsusilə, Azərbaycan şirkətləri 14-16 sentyabr tarixlərində Moskvada keçiriləcək “Heimtextil Russia 2021” və “WorldFood 2021” sərgilərində iştirak edəcək.
“Heimtextil Russia 2021” sərgisində ev tekstili, interyer parçaları və dekor materialları sahəsində çalışan şirkətlər iştirak edəcək.
“WorldFood 2021” sərgisində qida və içki sahəsində fəaliyyət göstərən şirkətlər təmsil olunacaq. Ölkəmiz bu il artıq 5-ci dəfə qeyd olunan sərgidə iştirak edəcək.
Bundan başqa, 5-10 noyabr il tarixlərində Azərbaycan şirkətləri 4-cü Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunacaq. **
B.Rüstəmbəyov