“Zəyəm Texnologiyalar Parkı” ASC səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 18 milyon manata artırmağı planlaşdırır. Bu barədə Bakı Fond Birjasından (BFB) məlumat verilir.
2020-ci ilin sonuna cəmiyyətin nizamnamə kapitalı 305,246 min manata bərabər olub.
BFB-nin məlumatına görə, cəmiyyətin səhmlərinin abunə yazılışı yazılışı 2021-ci il 31 avqust-29 oktyabr tarixlərini əhatə edəcək. Əlavə emissiyadan səhmlər BFB-nin listinqinə daxil edilib.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti"-dir.
“Zəyəm Texnologiyalar Parkı” ASC Şəmkir şəhərində fəaliyyət göstərir, metal konstruksiyaları, ASK sektoru üçün avadanlıq və s məhsulların istehsalı ilə məşğul olur. 2020-ci ilin sonuna cəmiyyətin aktivləri 17,2 milyon manat həcmində qiymətləndirilir. **
A.Əzizov