Müdafiə Nazilriyi 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısının tam heyətdə Əfqanıstandan çıxarılması barədə məlumat verir.
“Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə (Türkiyə) daşınıb. “Qısa müddətdə hərbi qulluqçularımız Azərbaycana qayıdacaqlar», - MN-dən vurğölanır.
Bildirilir ki, Azərbaycan sülhməramlıları Əfqanıstanda xidməti vəzifələrini yüksək peşəkarlıqla icra ediblər. **
R.Əhmədov