Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, 2020-ci ilin payızında Qarabağda müharibədə 3777 erməni hərbi qulluqçu həlak olub.
“Qarabağda 44 günlük müharibənin qurbanlarının sayı Ermənistan tərəfindən 3777 nəfər təşkil edir, onlardan 3702 nəfər hərbi qulluqçu, 75 nəfər mülki şəxsdir. 243 hərbi qulluqçu itkin düşüb”, - baş nazir cümə axşamı Ermənistan parlamentində çıxışı zamanı bildirib.
“Mən, ölümü təsdiq olunan rəqəmləri dərc edirəm”, - o əlavə edib. **