Azərbaycanda 2,5 milyondan artıq şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Avqustun 26-na olan məlumata görə, 3 milyon 884,713 min nəfər birinci, 2 milyon 534,824 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 6 milyon 419,537 min təşkil edir.
2021-ci il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 139,196 min nəfər təşkil edib. Beləliklə, avqustun 26-na əhalinin 25%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.**
X.Nəsirzadə