Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanın birinci xanımı, birinci vitse-prezidentMehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
“Hörmətli Mehriban Arif qızı,
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram”, - Rusiya liderinin təbrik məktubunda qeyd olunur. **
X.Nəsirzadə