Azərbaycan tərəfinin Gorus-Qafan yolunu bağlaması ilə əlaqədar Ermənistan alternativ marşrutdan istifadə etməli olub, İrandan yüklərin çatdırılması çətinləşib. Bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
“İrandan Ermənistana malların çatdırılması üçün dolayı yoldan istifadə edilir. Bu yol iri nəqliyyat vasitələrinin keçməsi üçün yararsızdır. Buna baxmayaraq, yüklərin daşınmasını təmin etmək üçün bu yoldan istifadə etmək lazım gəldi. Ermənistan hakimiyyəti yaranmış problemin həlli ilə məşğuldur”, - deyə Kerobyan bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, söhbət Ağvan kəndindən keçən və Tatevdən Qafana gedən alternativ yoldan gedir. “Bu, “Şimal-Cənub” nəqliyyat layihəsinin bir hissəsidir. Hazırda yol pis vəziyyətdədir və nəqliyyat vasitələrinin hərəkəti üçün yararsızdır”, - deyə nazir əlavə edib.*