Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri Azərbaycan tərəfi ilə avqustun 26-dan bağlanmış Gorus-Qafan yolunun açılması barədə danışıqlar aparırlar. Bu barədə Ermənistan MTX-nin məlumatında deyilir.
“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti azərbaycanlı hərbçiyə hücum edilməsi barədə məlumatı Ermənistan tərəfinə təqdim edib. Hazırda Ermənistan MTX-nin sərhəd qoşunları Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirir”, - deyə məlumatda bildirilir.
“Yolun açılması istiqamətində işlər davam edir”, - deyə MTX-dən qeyd ediblər.*