Bakı Nəqliyyat Agentliyi (BNA) agentliyin balansında olan dayanacaq pavilyonlarında mövcud olan çatışmazlıqların aradan qaldırılmasına 498 min manatdan çox vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “MG Construction” MMC ilə müvafiq müqavilə bağlanıb. Müqavilə lazım olan mal, iş və xidmətlərin satın alınmasını nəzərdə tutur.
Müqavilənin dəyəri 498,039 min manatdır.*
B.Rüstəmbəyov