Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı bu gün Vətənə qayıdıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan sülhməramlıları tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb. Sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb.
120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı Türkiyə qüvvələri ilə birlikdə Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidməti vəzifələrini yerinə yetirirdi.*
E.Şəfiyev