Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.
“Telefon danışığı zamanı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda qeyd olunan razılaşmaların həyata keçirilməsi kontekstində Qarabağ nizamlanmasının aktual məsələləri, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət müzakirə olunub”, - deyə məlumatda bildirilir.*