Avqustun 31-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
“Görüşdə Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların icrasının gedişi, humanitar məsələlər, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələsi müzakirə mövzusu olacaq”, - deyə RF XİN-in məlumatında bildirilir.*