Cari ilin 1 sentyabr tarixindən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minir. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Facebook səhifəsində məlumat verilib.
“Belə ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına «Путешествую без COVID-19» mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Bu qayda Rusiya vətəndaşlarına və tranzit sərnişinlərə mütləq deyil”, - deyə məlumatda bildirilir.*
A.Salayeva