Avqustun 28-də Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərara dəyişiklik edib.
Müvafiq sənəd Nazirlər Kabinetinin saytında dərc olunub.
Qərara əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb olunacaq. İyulun 1-dən bu tələb 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tətbiq edilirdi.*
A.Salayeva