Azərbaycanda koronavirus infeksiyasına 4 min 241 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 413,986 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 min 203 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər (ötən gün 35 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 512 nəfərə çatıb.
Virusa yoluxmuş 358,230 min nəfər (sutka ərzində +3 min 366) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 50 min 244 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 871 (ötən gün 16 min 136 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 414,517 min test aparılıb.*
A.Salayeva