Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Bundan başqa, onlar Şuşada bir sıra obyektlərin - yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin, Bülbülün ev-muzeyinin bərpa işlərindən sonra açılışında, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışında iştirak ediblər.
İlham Əliyev və Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar, “Otel və Konfrans Mərkəzi”nin və yeni yaşayış massivinin təməlqoyma mərasimlərində iştirak ediblər.*