Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.
“Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”, - deyə dövlət başçısı Twitter hesabındakı paylaşımında bildirib.
Prezident İ.Əliyevin digər paylaşımında isə deyilir: ““Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri - İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!”.*