Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Prezident İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub.
“Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Yolda körpülər və yeraltı keçidlər inşa edilib”, - deyə məlumatda bildirilir.*
A.Salayeva