Şuşada yeni beşulduzlu otel dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün binanın yerində inşa olunacaq. Bu barədə bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Beşulduzlu otelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”, - Əliyev bazar ertəsi Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, yeni oteldə 150 otaq olacaq.
“Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaq”, - prezident əlavə edib.
Əliyev xatırladıb ki, ötən bazar günü “Qarabağ” hotelinin əsaslı təmirdən sonra açılışı vaş tutub. «İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var”, - dövlət başçısı deyib.
Prezident vurğulayıb ki, Şuşada baş tutan bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. **
E.Şəfiyev