Azərbaycanda koronavirus infeksiyasına 3 min 107 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 421,103 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 4 min 10 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər (ötən gün 41 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 5 min 592 nəfərə çatıb.
Virusa yoluxmuş 362,898 min nəfər (sutka ərzində +1 min 770) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 52 min 613 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 191 (ötən gün 16 min 536 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 442,244 min test aparılıb.**
X.Nəsirzadə