Bazar ertəsi Avropa İttifaqı Şurası Aİ və Şengen zonası ölkələrinə giriş zamanı antikovid məhdudiyyətlərinin yumşaldılmış rejiminin tətbiq oluna biləcək ölkələr və ərazilərin siyahısıni növbəti dəfə yeniləyib.
“Səfərlərə qüvvədə olan məhdudiyyətləri aradan qaldırmaq lazım olduğu üçüncü ölkələrin müəyyənləşdirilməsi meyarları epidemioloji vəziyyəti və COVİD-19-a ümumi cavabı, həmçinin, əlçatan məlumatın və məlumat mənbələrinin etibarlılığını əhatə edir”, - Aİ Şurasının rəsmi məlumatında qeyd olunur.
Xüsusilə, bu “güzəştli” siyahıdan İsrail, Kosovo, Livan, Monteneqro, Şimali Makedoniya və ABŞ çıxarılıb. Bu siyahıda 18 ölkə və ərazi qalır ki, onlardan Aİ ölkələrinə giriş üçün “üzv-dövlətlər əhəmiyyətsiz (həmçinin turizm - İF) səfərlərinə məhdudiyyətləri tədricən aradan qaldırmalıdırlar”.
Bu ölkələr, qarşılıqlı təsdiq olunmaq şərti ilə, Albaniya, Ermənistan, Avstraliya, Azərbaycan, Bosniya və Herseqovina, Bruney, Kanada, Yaponiya, İordaniya, Yeni Zelandiya, Qətər, Moldova, Səudiyyə Ərəbistanı, Serbiya, Sinqapur, Cənubi Koreya, Ukrayna, Çindir. **