Rusiya, Azərbaycan, İran və Qazaxıstanın hərbi dəniz donanmalarının kiçik raket və artilleriya gəmilərinin ekipajları Xəzər dənizində təlim keçirəcəklər. Bu barədə Rusiya Xəzər Hərbi Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov məlumat verib.
““Dəniz Kuboku” başa çatandan dərhal sonra keçirəcəyimiz birgə təlimdə Rusiya Hərbi Dəniz Donanmasının, İran, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri iştirak edəcək”, - deyə o bildirib.
Hazırda gəmilər Beynəlxalq Ordu Oyunları yarışları çərçivəsində İranda keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edir.*