“Yelo Bank” 2021-ci ilin I yarısında əməkdaşlarının sayını artırıb.
“İnterfaks-Azərbaycan” agentliyinin bankın I yarımilliyə dair hesabatına istinadən verdiyi məlumata görə, cari ilin iyul ayının əvvəlinə “Yelo Bank”da 872 nəfər (2020-ci ilin sonuna 831 nəfər) çalışıb. Beləliklə, I yarımillikdə bankın işçilərinin say həddi 4,9% artıb.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.*
X.Nəsirzadə